image-n1karobka_ads
image-123
image-5525f9c3-fc87-32e9-9d0f-8ee4c5630c23_850backend

BDYPİ yağışlı hava ilə bağlı sürücü və piyadalara xəbərdarlıq edib

image-ad_qayo_720x110px

Paytaxtda və bir sıra bölgələrdə müşahidə olunan yağmurlu hava şəraiti ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edib.

Doğru.az xəbər verir ki, BDYPİ-nin açıqlamasında sürücülərə yolun sürüşkən olmasını, görmə məsafəsinin azalmasını və digər təhlükəli hava şərtlərini nəzərə alaraq, sürət həddini azaltmaq, kifayət qədər ara məsafəsi saxlamaq və avtomobillərin texniki vəziyyətinə ciddi nəzarət etmək tövsiyə olunur.

Müraciətdə bildirilir ki, belə havalarda piyadalar da son dərəcə diqqətli olmalı və təhlükəsizlik qaydalarına əməl etməlidirlər. Məsuliyyətsiz davranışların ciddi nəticələrə səbəb ola biləcəyi xüsusi vurğulanıb.

Qurum əlverişsiz hava şəraitində qəza riskinin artdığını nəzərə alaraq, hərəkət iştirakçılarından yol hərəkəti qaydalarına ciddi şəkildə riayət etməyi xahiş edir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki