image-ads_n1karobka_mobile
image-695830e0ae5ac943ff41b952backend

BƏƏ bütün hərbi qulluqçularını Yəməndən çıxarıb

image-add-a-heading

Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi ölkənin bütün hərbi qulluqçularının Yəməndən çıxdığını açıqlayıb.

Doğru.az xəbər verir ki, bu, BƏƏ rəhbərliyinin Yəməndəki antiterror əməliyyatında iştirakını dayandırmaq qərarı ilə bağlıdır.

WAM xəbər agentliyinin məlumatına görə, BƏƏ Müdafiə Nazirliyi bütün silahlı qüvvələrin şəxsi heyətinin Yəmən Respublikası ərazisindən çıxarılmasının başa çatdığını bildirib. Qeyd olunur ki, dekabrın 30-da BƏƏ Müdafiə Nazirliyi Yəməndəki antiterror missiyasının rəsmi olaraq bağlandığını elan etmişdi.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki