Bəhram Rəcəbzadə apreldə “Glory”də kəmər döyüşündən geri çəkilib.
Offsideplus.az xəbər verir ki, bu barədə kikboksçu özü sosial şəbəkə səhifəsində paylaşım edib və məlumat yayıb.
Azərbaycanlı idmançı açıqlamasında məşq zamanı ayağından zədə aldığını bildirib. Onun ayağındakı əzələ yırtılıb və yaxın zamanlarda əməliyyat olacaq.
Qeyd edək ki, o, aprelin 25-də Donavan Visse ilə üz-üzə gəlməli idi.
Geniş videonu təqdim edirik:


























