image-2000x150px
image-123
image-ads_atlas
image-321964988_835372594229073_6299192736428213093_nbackend

Belarus ərazisinə raket düşüb – FOTO

image-728x90px

Dekabrın 29-da Rusiyanın Ukraynaya kütləvi zərbə endirməsi zamanı Belarus ərazisinə raket düşüb. Onun qalıqları Brest bölgəsində tapılıb.

Bu barədə “Belarus Qayun” monitorinq qrupu xəbər verir.

Sosial şəbəkələrdə isə Qorbaxa kəndindən bir qədər aralıda hava hücumundan müdafiə qüvvələrinin raketi vurduğu barədə xəbəri yayılıb.

Mərmi parçaları Volınla həmsərhəd olan Brest vilayətinin İvanovski rayonundakı tarlada tapılıb. Yayımlanan şəkillərə əsasən, bunlar S-300 hava hücumundan müdafiə sistemindən olan raketin hissələridir.

Qeyd edək ki, Rusiya qoşunları bu raketlərdən Ukraynanı atəşə tutmaq üçün istifadə edir. Ancaq Ukrayna Silahlı Qüvvələrində də bu komplekslər var.

 

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki