image-ads_n1karobka_mobile
image-8d4676cb-5574-3325-ade1-1948076e6e0f_850backend

Belarusun qalmaqallı idmançısı Polşa vətəndaşlığını alıb

Belarus atleti Kristina Timanovskaya Polşa vətəndaşlığı alıb.

26 yaşlı idmançı bu barədə sosial şəbəkə hesabında bildirib.

Sprinter “Artıq rəsmi olaraq polyakdır” yazıb.

Qeyd edək ki, Kristina Timanovskaya 2021-ci ilin yayında Yaponiyanın paytaxtı Tokioda keçirilmiş Yay Olimpiya Oyunlarında qalmaqallı olayın iştirakçısı olub. Atlet 100 metr və 200 metr məsafələrdə yarışmalı olsa da, 4×400 metr məsafəyə estafet qaçışı üzrə yığmanın heyətinə daxil edilib. İdmançı bu məsafədə ixtisaslaşmadığı üçün sosial şəbəkədə qərara etirazını bildirib. Nəticədə onu olimpiadanın iştirak ərizəsindən çıxararaq Belarusa qaytarmağa çalışıblar.

Beynəlxalq Olimpiya Komitəsi vəziyyəti nəzarətə götürüb. Hadisədən sonra Timanovskaya Polşaya humanitar viza alıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki