image-n1karobka_ads
image-123
image-ap22287257853620-pic_32ratio_900x600-900x600-49004backend

Ben Afflek boşanma şayiələrindən sonra Cennifer Lopezlə gizli görüşüb

Aktyor Ben Afflek həyat yoldaşı Cennifer Lopezlə mümkün boşanma şayiələri arasında gizli görüşüb. 

Jurnalistlərin məlumatına görə, iyunun 9-da Ben Afflek Beverli-Hilzdə yerləşən Cennifer Lopezlə birgə evlərinə gəlib. Aktyor saat 17:00-dan 21:00-a kimi malikanədə təxminən dörd saat qalıb. Daha sonra sənətçi maşınına minərək oradan uzaqlaşıb.

May ayında Cennifer Lopez və Ben Afflekin münasibətlərində ciddi problemlər olduğuna dair şayiələr ortaya çıxdı. Bildirilib ki, aktyor onların malikanəsindən çıxıb kirayə evə köçüb. Eyni zamanda, insayder qeyd edib ki, onların ixtilafında sənətçinin heç bir günahı yoxdur. Daha sonra məlumat ortaya çıxdı ki, Ben Afflek Cennifer Lopezin iş qrafikindən razı deyil. İddialara görə, aktyor hətta həyat yoldaşının işçiləri ilə dalaşıb.

Mənbə: gazeta.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki