image-2000x150px
image-123
image-ads_atlas
image-photo_2023-06-08_22-28-pic_32ratio_900x600-900x600-53129backend

Benzema Səudiyyə Ərəbistanında karyerası haqqında danışıb

image-728x90px

Səudiyyə Ərəbistanının “Əl İttihad” klubunun hücumçusu Kərim Benzema İspaniyada yüksək səviyyəli komanda yoldaşlarının əhatəsində olduğu üçün Real Madriddə göstərdiyi performansı göstərə bilmədiyini deyib. Jurnalist Fabrizio Romano sosial şəbəkələrdə Benzemanın sözlərini çatdırır.

“Mən Real Madriddə olan eyni Benzema deyiləm, çünki burada oyun fərqlidir, oyunçular fərqlidir. Meydanda köməyə ehtiyacım var, çox şeyə ehtiyacım var. Mən tək başıma matçlarda qalib gələ bilmərəm” dedi Benzema.

Benzema 2023-cü ilin iyununda “Əl İttihad”a keçib. Bu mövsüm hücumçu liqada 15 oyun keçirib, 9 qol vurub və 5 məhsuldar ötürmə edib.

Mənbə: NTV Spor

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki