image-ads_n1karobka_mobile
image-17307837852727863916_1200x630backend

Bərdədə 4 kiloqram marixuana aşkarlanıb

image-add-a-heading

Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunan Səbuhi Qasımov Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyindən Doğru.az-a bildirilib ki, ondan 4 kiloqramdan artıq marixuana aşkarlanıb. Həmçinin, saxlanılan şəxsin rayon ərazisində yerləşən 7 fərdi yaşayış evindən oğurluq etdiyi də müəyyən olunub.

Faktlarla bağlı cinayət işi başlanılıb, S.Qasımov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki