image-n1karobka_ads
image-123
image-55backend

Bəstəkar Sevinc Tofiqqızı …: “Mənim üçün ən böyük mükafat xalqın sevgisidir”

image-ad_qayo_720x110px

Azərbaycanlı bəstəkar Sevinc xanım yaradıcılıq yolundan, ilk uğurlarından və sənətdə qarşılaşdığı çətinliklərdən danışıb. Onun sözlərinə görə, “Həsrətindəyəm” adlı kompozisiya ilə peşəkar fəaliyyətə başlayıb və bu yol asan olmayıb.

Doğru.az xəbər verir ki, bəstəkar mərhum Ruhəngiz Qasımovanın ona verdiyi tövsiyələri həyatında dönüş nöqtəsi adlandırıb: “Bəstəkar olmaq hər insana nəsib olmur. Bu, Allah vergisidir. Sən musiqi ilə danışırsan”. Sevinc xanım qeyd edib ki, məhz bu dəstəkdən sonra yolunu daha inamla davam etdirib.

Onun bəstələri Flora Kərimova, Aslan Hüseynov, Gülyanaq Məmmədova, Səməd Səmədov, Fidan Qasımova, Niyam Səlami və digər sənətçilərin repertuarına daxil olub. “Çağır məni” mahnısı 2010-cu ildə “İlin ən gözəl mahnısı” nominasiyasına layiq görülüb.

Sevinc xanım deyib ki, uğurlu mahnının dörd əsas şərti var: güclü şeir, uyğun musiqi, peşəkar aranjiman və ürəkdən ifa. Onun fikrincə, yalnız bu ünsürlər birləşəndə əsər yaddaşlarda qalır.

Bəstəkar eyni zamanda Türkiyədə və digər ölkələrdə layihələrə imza atdığını, filmlərə musiqilər bəstələdiyini bildirib. O vurğulayıb ki, harada yaşamasından asılı olmayaraq, özünü həmişə azərbaycanlı bəstəkar kimi təqdim edir və əsərlərində milli ruhu yaşadır.

Sevinc xanım son olaraq Mehriban Əliyevaya, Prezident İlham Əliyevə və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr etdiyi bəstələrdən söz açaraq bunları yaradıcılığında xüsusi yer tutan əsərlər adlandırıb.

Müəllif: “Fortuna” jurnalının baş redaktoru Səidə Musayeva

image-sevinc-1

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki