image-2000x150px
image-123
image-ads_atlas
image-1580197285_avtobusbackend

Beyləqanda ağır qəza: Yaralılar var

image-728x90px

Beyləqan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, “İsuzu” markalı avtobus Zəngilandakı tikinti işlərinə cəlb olunan fəhlələri daşıyırmış. Beyləqan rayonundakı Şəfəq qəsəbəsi ərazisində avtobus qəzaya düşüb.

İlkin məlumata görə, avtobusun aşması nəticəsində 17 nəfər yaralanıb.

Yaralılar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. Bildirib ki, faktla bağlı Beyləqan RPŞ-də araşdırma aparılır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki