image-2000x150px
image-123
image-ads_atlas
image-1702008101_narkotik_masin-744x403backend

Beyləqanda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

image-728x90px

Beyləqanda narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Doğru.az-a verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində idarə etdiyi “BMW” markalı nəqliyyat vasitəsilə yol-hərəkəti qaydasını pozduğuna görə, Füzuli rayon sakini Taleh Quliyev saxlanılıb.

Araşdırmalar zamanı sürücünün avtomobili narkotikin təsiri altında idarə etdiyi müəyyən edilib. Sürücü barəsində inzibati qaydada protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarına əsasən o, 8 gün müddətinə inzibati qaydada həbs edilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki