image-ads_n1karobka_mobile
image-17126375466182557721_1200x630backend

Beyləqanda saxlanılanlardan 5 kiloqram narkotik vasitə və 1 ədəd “Kalaşnikov” aşkarlanıb

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri Nizami Baxışov, Ramiz Əmrahov və Teymur Qasımov saxlanılıblar.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Doğru.az-a verilən məlumata görə, onlardan 5 kiloqramdan artıq marixuana aşkarlanıb.

Bundan əlavə, keçirilən digər tədbir zamanı qanunsuz olaraq silah-sursat əldə edərək saxlayan rayon sakini Ramiz Cəfərov tutulub. Ondan 1 ədəd “Kalaşnikov” avtomatı, 1 ədəd daraq və 29 ədəd patron aşkarlanıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki