image-n1karobka_ads
image-123
image-688092c702e8bd10a82cf366backend

Beynəlxalq məhkəmə Ermənistan hökumətinə qarşı qərar çıxardı – milliləşdirmə dayandırılır

image-ad_qayo_720x110px

Beynəlxalq Arbitraj Məhkəməsi Ermənistan hökuməti ilə iş adamı Samvel Karapetyan arasında “Ermənistanın Elektrik Şəbəkələri” şirkətinin milliləşdirilməsi ilə bağlı mübahisədə sahibkarın mövqeyini dəstəkləyib.

Doğru.az xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb. Məlumata görə, məhkəmə Ermənistan parlamentində yaxın günlərdə qəbul edilən düzəlişlərin tətbiqini və şirkətin müsadirəsinə yönəlik addımları dayandırmağı hökumətə tapşırıb.

Xatırladaq ki, daha əvvəl Ermənistan prezidenti Vaaqn Xaçaturyan sözügedən şirkətin milliləşdirilməsinə icazə verən qanun layihələrini imzalamışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki