image-2000x150px
image-123
image-ads_atlas
image-64e916fe-1f91-3112-8051-8635fa5ebf06backend

Beynəlxalq səyyahların işğaldan azad edilmiş ərazilərə səfəri başlayıb

image-728x90px

Norveçin beynəlxalq səyahətçilərdən ibarət milli klubu – “Vagaclub”ın 30 nəfərdən ibarət heyətinin işğaldan azad edilmiş ərazilərə səyahəti başlayıb.

AZƏRTAC xəbər verir ki, dünya səyyahı Corn Auqestadın rəhbərlik etdiyi səyyahlar Qarabağ və Şərqi Zəngəzurda erməni vandalizminin izləri ilə tanış olacaqlar.

Onlara Ermənistanın mina terroru, Azərbaycan dövləti tərəfindən azad olunmuş ərazilərimizdə aparılan bərpa-yenidənqurma işləri, həyata keçirilən infrastruktur layihələri barədə məlumatlar veriləcək. Eyni zamanda, onlar uzun illər sonra öz doğma yurdlarına qayıdan sakinlərin yaşayışı şəraiti ilə tanış olmaq imkanı qazanacaqlar.

Səyyahların Füzuli, Ağdam, Cəbrayıl, Şuşa, Laçın şəhərlərinə səfərləri nəzərdə tutulub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki