image-n1karobka_ads
image-123
image-1728130695809120499_1200x630backend

Binədə 7 evdən 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb – FOTO

image-ad_qayo_720x110px

Xəzər rayonunun Binə qəsəbəsində yerləşən evlərin birindən pul və qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. Xəzər Rayon Polis İdarəsinin (RPİ) 3-cü Polis Şöbəsinin (PŞ) əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində hadisəni törədən 1989-cu il təvəllüdlü Tural Səlimov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Doğru.az-a verilən məlumata görə, araşdırma zamanı onun Binə qəsəbəsində ümumilikdə 7 evdən pul və qızıl oğurladığı müəyyən edilib. T.Səlimovun oğurladığı qızılları Nəsimi rayonunda yerləşən mağazalardan birinə satdığı məlum olub.

Saxlanılan şəxsin evlərdən ümumilikdə 27 min manata yaxın pul və qızıl oğurladığı müəyyən olunub. T.Səlimov barəsində Xəzər RPİ-nin 3-cü PŞ-də araşdırmalar davam etdirilir.

DOĞRU.AZ

image-1728130695642901372_1200x630

image-17281306954379749577_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki