image-2000x150px
image-123
image-ads_atlas
image-1720439992253819092_1200x630backend

Bir neçə müntəzəm avtobus marşrutu üzrə keçirilən müsabiqənin qalibləri müəyyən edilib

image-728x90px

Bakı-Şabran, Bakı-Siyəzən, Bakı-Oğuz, Bakı-Göyçay, Bakı-Kürdəmir istiqamətləri üzrə müsabiqəyə çıxarılan marşrutların qalibləri bəlli olub.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Doğru.az-a bildirilib ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.

Bakı-Şabran marşrutu üzrə fiziki şəxs Şahbazov Fəxrəddin Şirəli oğlu, Bakı-Siyəzən marşrutunun 11:00 reysi üzrə fiziki şəxs Xürrəm Həmid oğlu İsmayılov, 12:00 reysi üzrə fiziki şəxs Zöhrab Ağagül oğlu Məhərrəmov, 13:00 reysi üzrə fiziki şəxs Qurbanağa Yadulla oğlu Fətullayev, Bakı-Oğuz marşrutu üzrə fiziki şəxs Hümbət Yaqub oğlu Qəribov, Bakı-Göyçay marşrutu üzrə fiziki şəxs Şəhla Tofiq qızı Məmmədova, Bakı-Kürdəmir marşrutu üzrə fiziki şəxs Məhəmməd Əli oğlu Hacıyev komissiya üzvləri tərəfindən ən çox bal toplayaraq qalib elan olunublar.

Qeyd edək ki, şəhərlərarası marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim olunmasında şəffaflığın təmin edilməsidir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki