Birləşmiş Ştatlar Ukraynaya HAWK Phase III zenit-raket komplekslərinin satışına dair müqaviləni təsdiqləyib.
RİA Novosti bu barədə Pentaqona daxil olan Təhlükəsizlik Əməkdaşlıq Agentliyinə istinadən xəbər verir.
Əməliyyat məbləği təxminən 138 milyon dollar olacaq.
ABŞ hərbi departamenti bəyan edib ki, bu silahların tədarükü regionda hərbi balansda əsaslı dəyişikliklərə səbəb olmayacaq və ABŞ-ın özünün müdafiə qabiliyyətini azaltmayacaq. Təchizat üçün əsas “ABŞ-ın milli təhlükəsizliyinin maraqları naminə yuxarıda qeyd olunan müdafiə malları və xidmətlərinin Ukrayna hökumətinə dərhal satılmasını tələb edən fövqəladə vəziyyət” idi.
Mənbə: RİA Novosti