Bakı Mühəndislik Universitetinin (BMU) birinci kurs tələbəsinin qəfil ölüm səbəbi bilinib.
“Qafqazinfo”nun məlumatına görə, 18 yaşlı Aydan Umarova son bir ayda mədə-bağırsaq xəstəliyindən əziyyət çəkirmiş.
O, düzgün qidalana bilmədiyi üçün təzyiq düşməsi səbəbindən vəfat edib.
Faktla bağlı Oğuz Rayon Prokurorluğunda araşdırma aparılır.
DOĞRU.AZ