image-2000x150px
image-fotojet-2021-09-15t232006-959backend

Boccia milli komandası yarışa hazırlaşır – FOTOLAR

image-728x90px

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsində Yay Paralimpiya idman oyunları ilə bağlı baş məşqçilərlə iclas keçirilib.

İclasda Tokio-2020 də paralimpiyaçıların uğurlu nəticələrindən və bu nəticələrə baxmayaraq, daha da əzmlə, məsuliyyətlə növbəti yarışlara hazırlaşmaq barədə qeydlər edilib.

İclasda Boccia İdman Federasiyasının milli komandasının beynəlxalq yarışlara hazırlıq mərhələsi də müzakirə olunub.

Boccia İdman Federasiyasının 2021-ci il tədbirlər planının hazırlandığı və komitəyə təqdim edildiyi qeyd edilib.

Bu gün isə Boccia İdman Federasiyasının baş katibi və baş məşqçisi, birinci Qarabağ müharibəsi qazisi İlham Məhərrəmov bocciaçılarla iclas keçirib. İclasda 2021-ci il üçün layihələrin icrası, beynəlxalq və yerli yarışlara hazırlıq mövzusu müzakirə olunub.

Baş məşqçi 21 noyabr 2021-ci ildə İspaniyada keçiriləcək yarışa qalan məhdud zaman çərçivəsində məşqlərin bundan sonra daha da intensiv şəkildə olması üçün yönləndirici tapşırıqlar, həm də sözügedən yarışın gətirdiyi nailiyyətin 2024-cü ildə Fransada keçiriləcək yarışa körpü yaradacağı barədə tövsiyələrini verib.

İdmançılar və digər əməkdaşlar yarışa tam məsuliyyətlə hazırlaşacaqlarını qeyd ediblər .

İclasın sonunda baş katib idmançıların suallarını cavablandırıb.

Sonda Bocciaçılar əsas hədəflərinin 2024-cü ildə keçiriləcək Paralimpiya Oyunlarında Boccia idman növündə təmsil olunmaq olduğunu qeyd ediblər.

DOĞRU.AZ

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki