image-2000x150px
image-123
image-ads_atlas
image-page-1backend

Bodrumda yanğın söndürüldü, turistlər hotellərinə qayıtdı

image-728x90px

Türkiyənin populyar kurort şəhərlərindən biri olan Bodrum yaxınlığında baş vermiş meşə yanğını söndürülüb.

Bu barədə şəhər bələdiyyəsinin sədri Əhməd Aras “RİA Novosti”yə məlumat verib.

Məlumata görə, bütün təxliyə olunmuş turistlər hotellərinə geri qayıdıb.

Bələdiyyə sədri bildirib ki, turistlərdən heç biri xəsarət almayıb. Onlar dəniz yoluyla təxliyə olunub. Gün ərzində turistlərin vətəndaşı olduğu Rusiya, Ukrayna, Almaniya kimi ölkələrin konsulluqları ilə əlaqə saxlanılıb və müvafiq məlumatlar çatdırılıb.

Qeyd edək ki, hazırda Adana, Antalya, Kayseri, Kütahya, Mersin, Muğla, Osmaniyə və Manisada meşə yanğınları davam edir. oxu.az

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki