image-n1karobka_ads
image-123
image-667cfa1dae5ac95a2c322c35backend

Boliviya Daxili İşlər Nazirliyi: üsyançı general polisi öz tərəfinə çəkməyə çalışdı

image-ad_qayo_720x110px

Qiyam zamanı Boliviya Silahlı Qüvvələrinin generalı Xuan Xose Zuniqa hüquq-mühafizə orqanlarının əməkdaşlarını öz tərəfinə çəkməyə çalışıb.

Bu barədə Boliviya Daxili İşlər Nazirliyinin rəhbəri Karlos del Kastilyo Boliviya telekanalının efirində bildirib.

Onun sözlərinə görə, Zuniqa polis rəisini üsyançıların tərəfinə keçməyə razı salıb.

“O beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndiyini, silahlı qüvvələr tərəfindən dəstəkləndiyini və çatışmayan tək şeyin polis olduğunu söyləməyə başladı”

Daxili İşlər Nazirliyinin rəisi qeyd edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları üsyançı generalın ilk dindirilməsini artıq həyata keçiriblər.

Bundan əvvəl Boliviyanın müdafiə naziri Edmundo Novillo dövlət çevrilişinə cəhddən sonra ölkənin silahlı qüvvələrində vəziyyətin tam nəzarət altında olduğunu bildirmişdi.

Mənbə AFP

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki