image-n1karobka_ads
image-123
image-6775550902e8bd34881295f5backend

Bolqarıstanda Şengenlə sərhədin simvolik açılış mərasimi keçirilib

Bolqarıstanda Kulata keçid məntəqəsində ölkənin yanvarın 1-də daxil olduğu Şengen zonası ilə sərhədin açılması ilə bağlı simvolik mərasim keçirilib.

TASS Bolqarıstanın Texniki Hökumətinin Baş naziri Dimitar Qlavçevdən sitat gətirib: “Bu gün bir çox mütəxəssislərin səylərinin kulminasiyası olan tarixi hadisə baş verdi, Şengen reallığa çevrildi”.

O, sərhəddə səddinin açılması ilə bağlı simvolik mərasim keçirib.

Bundan əvvəl məlumat verilmişdi ki, Bolqarıstan Şengenə qoşulduğu üçün ruslara vizaların verilməsini sərtləşdirməyi planlaşdırmır.

Dekabrın 12-də Aİ 2025-ci il yanvarın 1-dən Bolqarıstan və Rumıniya ilə Şengen quru sərhədlərində sərhəd nəzarətinin ləğvini təsdiqləyib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki