Doğru.az xəbər verir ki, Böyükşor-Pirşağı yeni avtomobil yolunun 7.6-cı kilometrliyində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, qeyd olunan hissədə yeni yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar olaraq hərəkət bu gün səhər saat 07:00-dan etibarən məhdudlaşdırılıb.
Hərəkətə qoyulan məhdudiyyətin bir-neçə saat qüvvədə olacağı qeyd olunub.
Agentlik sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını və öncədən alternativ yollardan istifadə etmələrini xahiş edir.
DOĞRU.AZ