Britaniya hakimiyyəti öz bölmələrini beş il müddətinə Ukrayna ərazisində yerləşdirmək imkanını nəzərdən keçirir.
Bu barədə The Telegraph yazır.
Materialın müəllifləri qeyd edirlər ki, müvafiq planlar müttəfiqlərlə müzakirə olunur.
Mümkün yerləşdirmənin məqsədi Ukrayna Silahlı Qüvvələrinin hazırlanmasına və bərpasına kömək etmək, onlara “lazımi tənəffüs boşluğu” verməkdir.
Daha əvvəl AFP xəbər vermişdi ki, “istəklilər koalisiyasına” daxil olan təxminən altı ölkə Ukraynaya qoşun göndərə biləcəklərini bildiriblər.
DOĞRU.AZ