Böyük Britaniya Hərbi Hava Qüvvələrinə məxsus Grob Prefect T1 akrobatik təlim təyyarəsi Xarkov vilayətində görüntülənib.
TASS xəbər verir ki, bu barədə məlumat Flightradar24.com portalında yer alıb.
Onun sözlərinə görə, Moskva vaxtı ilə saat 23:00 radələrində təyyarə DXR və Zaporojye vilayəti əraziləri, daha sonra Ukraynanın Sumı, Xarkov və Çerniqov vilayətləri üzərindən uçaraq Odessaya doğru gedib.
Bundan əvvəl Hollandiyanın müdafiə naziri Ruben Brekelmans F-16 qırıcılarının Ukrayna hava məkanında mümkün qədər tez görünməli olduğunu bildirmişdi.
Mənbə TASS