image-2000x150px
image-123
image-ads_atlas
image-untitled-3-pic_32ratio_1200x800-1200x800-58281backend

Britaniya Rumıniyaya NATO missiyası çərçivəsində altı döyüş təyyarəsi göndərib

image-728x90px

Britaniyanın 6 “Tayfun” döyüş təyyarəsi NATO-nun hava polisi missiyasında iştirak etmək üçün Rumıniyaya gəlib.

Bu barədə Kral Hərbi Hava Qüvvələri öz saytında məlumat yayıb.

Alyansın “şərq cinahını qorumaq” üçün dörd aylıq rotasiya missiyasında “Tayfun” qırıcılarından əlavə, Britaniyanın 9-cu bombardmançı eskadrilyasının təyyarələri və dəstək üçün təyin edilmiş 200-ə yaxın hərbçi iştirak edəcək.

Aviasiya qrupu Qara dəniz limanı Konstansa yaxınlığında yerləşən Mixail Koqalniçeanu hərbi aerodromunda yerləşəcək. O, Şimali Atlantika Alyansının hava məkanına yaxınlaşdığı iddia edilən Rusiya təyyarələrini tutmaq üçün daim döyüş hazırlığında olacaq.

Mənbə: A Haber

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki