image-n1karobka_ads
image-123
image-ap22175387948684-pic_32ratio_900x600-900x600-2300backend

Britaniya Rusiya aktivlərinin müsadirə edilməsinin qanuniliyini öyrənəcək

image-ad_qayo_720x110px

Böyük Britaniya hakimiyyəti Rusiya aktivlərinin sonradan Ukraynanın xeyrinə istifadə edilməsi üçün mümkün müsadirə edilməsinin qanuniliyini öyrənir.

Lenta.ru xəbər verir ki, bunu krallığın xarici işlər nazirinin müavini, Uimbldon lord Tariq Əhməd deyib.

“Biz buna sürətli templə nail oluruq və tədbirlərin beynəlxalq hüquqa uyğun olmasını təmin etməliyik. Beynəlxalq tərəfdaşlarımız əhəmiyyətli miqdarda aktivləri dondurdular, lakin Böyük Britaniya kimi onlar da yeni aktivlərin müsadirə rejiminin qanuniliyini hələ tam sınaqdan keçirməmişlər,” Lord Tariq izah etdi.

Dekabrın 20-də bildirildi ki, Aİ dövlətləri artıq Rusiya və Belarus oliqarxlarının və şirkətlərinin təxminən 28 milyard avroluq şəxsi aktivlərini dondurub. Onlardan Ukrayna istiqamətində istifadə olunacaq.

Mənbə: Lenta.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki