image-n1karobka_ads
image-123
image-2016-01-18t120000z_1257125634_lr1ec1i165e3s_rtrmadp_3_usa-election-trump-britain-pic_32ratio_900x600-900x600-62151backend

Britaniya Rusiyaya hərbi texnika tədarük edən xarici şirkətlərə qarşı sanksiyalar elan edib

Dekabrın 6-da London hərbi məqsədlər üçün istifadə olunan texnikanı Rusiyaya tədarük edən xarici fiziki və hüquqi şəxslərə qarşı sanksiyalar tətbiq edəcək.

Bu barədə TASS Britaniya Xarici İşlər Nazirliyinin bəyanatına istinadən xəbər verir.

Sənəddə deyilir ki, Britaniya hökuməti Rusiya prezidenti Vladimir Putinin “müharibə maşını”nı dəstəkləyən təchizatçılara qarşı sanksiyalar tətbiq edəcək. London bildirib ki, Rusiya ilə hərbi əməkdaşlıqda ittiham olunan onlarla fiziki və hüquqi şəxs arasında Rusiyaya avadanlıq və komponentlər ixrac edən tədarükçülər də olacaq.

Bundan əvvəl ABŞ Ticarət Departamentinin Rusiyadan olan 28 hüquqi şəxsə qarşı ixrac məhdudiyyəti tətbiq etdiyi bildirilirdi.

Mənbə: TASS

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki