image-n1karobka_ads
image-123
image-6891c881ae5ac919f2580089backend

Brodvey ulduzu Ceyn Morqan 101 yaşında vəfat edib

image-ad_qayo_720x110px

Brodvey səhnələrinin məşhur ulduzu, amerikalı müğənni Ceyn Morqan 101 yaşında dünyasını dəyişib.

Doğru.az xəbər verir ki, bu barədə məlumatı The Hollywood Reporter yayıb. Ailəsinin verdiyi açıqlamaya görə, Morqan Florida ştatının Neapol şəhərində yerləşən hospisdə təbii səbəblərdən, yuxuda vəfat edib.

Ceyn Morqan karyerası ərzində 40-a yaxın musiqi albomu buraxıb, bir çox filmlərdə, seriallarda və televiziya şoularında çıxış edib. O, eyni zamanda Elvis Presli, Bob Dilan, Frank Sinatra və Led Zeppelin kimi məşhur sənətçilərlə çalışmış prodüser və agent Cerri Vayntraubun həyat yoldaşı olub.

2011-ci ildə Ceyn Morqan Hollivudun Şöhrət Xiyabanında ulduza layiq görülüb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki