image-2000x150px
image-123
image-ads_atlas
image-ambackend

Bu gün Azərbaycanda Ramazan bayramıdır

image-728x90px

Azərbaycanda Ramazan bayramı qeyd edilir.

Doğru.az-ın məlumatına görə, Ramazan ayının 1-i miladi təqvimlə 14 aprel 2021-ci il tarixinə təsadüf edib.

Eydül-Fitr–Ramazan bayramı isə Şəvval ayının 1 – may ayının 13-də qeyd olunur.

Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycanda mayın 13-ü və 14-ü bayram günü sayılır.

Bayram namazı da mayın 13-də Zöhr namazına qədər qılına bilər.

Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Qazılar Şurasının qənaətinə görə, adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür.

Qazılar Şurası tövsiyə edir ki, bu əziz, mübarək günlərdə torpaqlarımız, Vətənimiz uğrunda canlarını fəda edən qəhrəman şəhidlərin xatirəsi yad edilsin, ruhlarına dualar oxunsun.

Koronavirus pandemiyası ilə əlaqədar məscidlərdə bayram namazı qılınmayacaq. İstisna hal kimi bu gün Şuşada saat 09:00-da Bayram namazı qılınacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki