image-2000x150px
image-123
image-ads_atlas
image-fef54d70-7107-4645-b8dc-3551576ee0f8backend

Bu gün Bakının 543 küçəsi yuyuldu

image-728x90px

Ölkə başçısı İlham Əliyevin Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərancamına uyğun olaraq Bakı şəhərində yaşıllıq zolaqlarının artırılması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində işlər davam etdirilir.

“Qafqazinfo” xəbər verir ki, bu məqsədlə Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən martın 30-da növbəti ağacəkmə aksiyası paytaxtın Nərimanov rayonunda keçirilib.

Aksiya çərçivəsində icra qurumlarının əməkdaşları və İctimai Birliyin könüllüləri tərəfindən iqlim şəraitinə uyğun olaraq seçilmiş 600 ədəd yeni ağac əkilib.

Qlobal iqlim dəyişiklikləri və su qıtlığı təhlükəsi ilə əlaqədar ətraf mühitin qorunması və iqlim dəyişmələrinin qarşısının alınmasına töhfə vermək məqsədilə ənənəvi olaraq Bakı şəhərində quraqlığa davamlı bitkilər, yerli iqlimə uyğun, həmçinin müxtəlif rəngdə çiçəklənən ağac və kollar əkilir.

Qeyd edək ki, bugünkü ağacəkmə aksiyası Bakı şəhərinin bütün rayonlarını əhatə edib və mövsüm ərzində paytaxtın yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı bu kimi tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.

Eyni zamanda gün əzində paytaxtın kommunal xidmətləri tərəfindən şəhərin əsas küçə və prospektlərində təmizliklə bağlı daxili iməclik keçirilib, xidmətin xüsusi təyinatlı texnikası tərəfindən küçə və prospektlər təbiət və canlılar üçün zərərsiz kimyəvi maddələrlə yuyulub, digər təmizlik işləri görülüb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki