Bu gün Türkiyə Superliqasında 23-cü turda İstanbul derbisi gerçəkləşəcək.
Doğru.az xəbər verir ki, Ülker stadionu”nda “Fənərbaxça” “Qalatasaray”ı qəbul edəcək. Bakı vaxtı ilə saat 20:00-da başlayacaq matçı FİFA referisi Cüneyt Çakır idarə edəcək.
Qeyd edək ki, 22 turdan sonra “Fənərbaxça” 48 xalla 1-ci, “Qalatasaray” 45 xalla 2-cidir.

























