image-ads_n1karobka_mobile
image-7b5e89a6-07a3-3a16-a02c-cfc73cea1d73_850backend

Bu il Azərbaycan elektrik enerjisi ixracından gəlirlərini dörd dəfə artırıb

2023-cü ilin yanvar-mart aylarında “Azərenerji” ASC 2 milyard 406 milyon kVt/saat elektrik enerjisi ixrac edib.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu həcmdə enerjinin dəyəri 281,07 milyon ABŞ dolları təşkil edib.

Bunlar 2022-ci illə müqayisədə ixrac həcmi üzrə 4,1 dəfə və dəyər üzrə 8,5 dəfə çoxdur.

Hesabat dövründə elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracında 3,63%, qeyri-neft sektoru üzrə ixracında isə 30,81% paya malik olub.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki