image-2000x150px
image-123
image-ads_atlas
image-cempionlarbackend

Bu komandalar da ÇL-in 1/8 finalına vəsiqəni təmin etdi

image-728x90px

UEFA Çempionlar Liqasının qrup mərhələsində 4-cü tura yekun vurulub.

 A,B,C və D qruplarında ümumilikdə 8 qarşılaşma baş tutub.

A qrupunda “Napoli” İtaliyada “Ayaks”ı qəbul edib. Altı qolluq qarşılaşmadan inamlı qələbə ilə ayrılan Neapol təmsilçisi pley-offa vəsiqəni rəsmiləşdirib. “Liverpul” isə Şotlandiyada “Reyncers”in qonağı olub və darmadağına sevinib.

B qrupunda Madrid “Atletiko”su “Brügge” ilə üz-üzə gəlib. Bu oyunda qapılara qol vurulmayıb. Digər görüşdə “Bayer” “Portu”nu qəbul edib. Qonaqlar bu oyundan inamlı qələbə ilə ayrılıblar. Bu nəticələrdən sonra “Brügge” də 1/8 finala vəsiqəni təmin edib.

Günün maraqla gözlənilən matçı C qrupunda “İnter”lə “Barselona” arasında olub. Altı qolun qeydə alındığı bu matçda qalib müəyyənləşməyib. Qrupun autsayderi “Viktoriya” (Plzen) isə “Bayern”lə görüşüb. Münhenlilər səfərdən inamlı qələbə ilə dönüblər. Nəticədə Almaniya çempionu 1/8 finala vəsiqə qazanıb.

D qrupunda “Tottenhem” “Ayntraxt”ı, “Sportinq” isə Marsel “Olimpik”ini qəbul edib. İngiltərə klubu evdə, Fransa təmsilçisi isə səfərdə qələbə qazanıb.

UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 4-cü tur
12 oktyabr

A qrupu

Napoli (İtaliya) – Ayaks (Niderland) 4:2
Qol: Lozano, 4. Raspadori, 16. Kvaratsxeliya, 62-pen. Osimhen, 90 – Klaassen, 49. Berqveyn, 83.

Reyncers (Şotlandiya) – Liverpul (İngiltərə) 1:7
Qol: Arfild, 17 – Firmino, 24; 55. D.Nunes, 66. Salah, 76; 80; 81. Elliot, 87.

Xal: Napoli – 12. Liverpul – 9. Ayaks – 3. Reyncers – 0.

B qrupu

Atletiko (Madrid, İspaniya) – Brügge (Belçika) 0:0

Bayer (Almaniya) – Portu (Portuqaliya) 0:3
Qol: Qaleno, 6. Taremi, 53-pen; 64-pen.

Xal: Brügge – 10. Portu – 6. Atletiko – 4. Bayer – 3.

C qrupu

Viktoriya (Plzen, Çexiya) – Bayern (Almaniya) 2:4
Qol: Vikanova, 62. Kliment, 75 – Mane, 10. Müller, 14. Qoretska, 25; 35.

Barselona (İspaniya) – İnter (İtaliya) 3:3
Qol: Dembele, 40. Levandovski, 82; 90+2 – Barella, 50. L.Martines, 63. Qozens, 89.

Xal: Bayern – 12. İnter – 7. Barselona – 4. Viktoriya – 0.

D qrupu

Tottenhem (İngiltərə) – Ayntraxt (Almaniya) 3:2
Qol: Son, 20; 36. Keyn, 28-pen – Kamada, 14. Alidu, 87.

Sportinq (Portuqaliya) – Olimpik (Marsel, Fransa) 0:2
Qol: Genduzi, 20-pen. A.Sançes, 30.

Xal: Tottenhem – 7. Olimpik – 6. Sportinq – 6. Ayntraxt – 4.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki