image-2000x150px
image-123
image-ads_atlas
image-16411019114203821749_1000x669backend

Bu ölkədə qara görə 230-dan çox aviareys təxirə salındı

image-728x90px

Son iki gündə Yaponiyanın qərb və şimal rayonlarına yağan güclü qar səbəbindən 230-dan artıq aviareys təxirə salınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Xüsusən Hokkaydo adasında yerləşən Sapporo şəhər aeroportunda reyslərin təxirə salındığı bildirilir. Yerli administrasiya toplanan qarı təmizləmək üçün uçuş-enmə zolağını üç saatlıq bağlamağa məcbur olub. Nəticədə, “Şin-Titoşi” aeroportunda reyslərini dəyişməyə məcbur olan insanların böyük növbəsi yaranıb.

Hazırda Hokkaydo adasında və yaxınlıqda yerləşən digər rayonlarda qarın qalınlığının bir metrə çatdığı qeyd olunur. Mütəxəssislər Yeni il şənliklərindən sonra evlərinə qayıtmaq istəyən sakinlərdən həddindən artıq ehtiyatlı davranmağı xahiş edirlər.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki