image-2000x150px
image-123
image-ads_atlas
“Bu sualı Rəşad Sadıqova versəniz, yaxşı olar” Qurban Qurbanovbackend

“Bu sualı Rəşad Sadıqova versəniz, yaxşı olar” Qurban Qurbanov

image-728x90px

“Vacib oyun idi. Hər iki komanda istəkli oynadı. İlk yarıda 2:0 öndə idik. İkinci hissə asan keçmədi”.

Doğru.az xəbər verir ki, bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın XIX turunda səfərdə “Zirə”yə 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis bildirib ki, bu komandaya qarşı oynamaq həm çətin, həm dəmaraqlıdır: “Hücum futbolu oynamaq istədik. Qələbəyə görə razı qaldım. “Zirəy”ə, Rəşad Sadıqova uğurlar arzulayıram”.

Qurbanov 61-ci dəqiqədə zədələnən Xayme Romeronun durumuna da toxunub: “Ola bilər ki, zədə ciddi deyil. Bəlkə yorğunluqla bağlıdır. Hazırda tam dəqiq deyə bilməyəcəm. Zubir özünü yaxşı hiss etmirdi. Bir az xəstə idi. Ona görə start heyətdə meydana buraxıb risk etmədik”.

Baş məşqçi çempionluq yolunda hər xalın önəmli olduğunu vurğulayıb: “Hər oyun bizim üçün narahatlıq yaradır. Zirvə üçün yaraşırıqsa, hər xal vacibdir. “Neftçi” ilə həmişə rəqabətimiz olub. İl boyu daim qələbə olmur. Komanda bəzən formadan uzaq düşür. Bu gün çox ciddi rəqabət var. Hər iki komandada da xal itkisi ola bilər. Sonadək mübarizə aparacağıq.

Qismətimizdə varsa, çempion olacağıq”.
Təcrübəli mütəxəssis “Zirə”nin aqressiv komanda olduğunu söyləyib: “Biz Rəşadla bir birimizə qarşı oynayanda belə, həddindən artıq aqressiv oyun gedir. “Zirə” tək bizə yox, digər klublara qarşı da aqressiv oynayır. Rəşad
Sadıqovun gəlişindən sonra komanda fərqli olub. O, elə məşqçi və adam deyil ki, kiməsə nəyisə göstərsin”.

Qurbanov deyir ki, futbol bir oyuna görə qalibin müəyyənləşdiyi idman növü deyil: “Hər matç çox vacibdir. Bizim düşünmədiyimiz nəticələr ola bilər. Növbəti matç “Sabah”a qarşıdır. Hələlik bu oyunu düşünəcəyik”.
Baş məşqçi oğlu Musa Qurbanlının çıxışı barədə danışmaq istəməyib: “Bu sualı Raşad Sadıqova versəniz, yaxşı olur.

Bütün futbolçularəmdan tam razı qalmamışam. Musa da öz üzərində çox işləməlidir”.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki