Doğru.az xəbər verir ki, Xalq artisti Röya Ayxan və tanınmış hitmeyker Murad Arif yenidən bir araya gələrək musiqi dünyasına “Bumeranq” adlı yeni layihə təqdim ediblər.
Söz və musiqisi Murad Arifin özünə məxsus olan bu əsər həm musiqi, həm də vizual baxımdan yüksək peşəkarlıqla hazırlanıb. Klipin rejissoru məşhur Emin Muradov, stilist isə Türkiyədən dəvət edilən Tarık Güldür. Klipdə Röya və Murad Arif 4 fərqli obrazda kamera qarşısına keçib, bu da layihəyə xüsusi rəng qatıb.
“Bumeranq” mahnısının tizeri sənətçilərin TikTok hesablarında yayımlandıqdan dərhal sonra sosial media istifadəçiləri tərəfindən böyük maraqla qarşılanıb. Bir neçə gün ərzində yüzlərlə video çəkilib və mahnı TikTok platformasında sürətlə trendə çevrilib.
Yay aylarının əhvalını daşıyan ritmik və enerjili “Bumeranq” artıq musiqisevərlərin playlistlərinə daxil olub. Sosial mediada isə layihə “Röya və Murad tandemi yenidən zirvədə” kimi dəyərləndirilir.
Bu layihə bir daha göstərdi ki, Röya və Murad Arif kimi sənətçilər səhnəyə yeni nəfəs gətirməyi, həm də auditoriyanı necə həyəcanlandırmağı yaxşı bilirlər.
DOĞRU.AZ