Tanınmış amerikalı müğənni Castin Timberleyk Bakıda konsert proqramı ilə çıxış edib.
Doğru.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda təşkil olunan konsertə yüzlərlə tamaşaçı axın edib. Tamaşaçılar arasında sənət adamları və şou-biznes nümayəndələri də üstünlük təşkil edib.
Qeyd edək ki, Timberleykin konsertinə biletlərin qiyməti 75 manatdan başlayaraq 590 manata qədər dəyişib. Tədbir musiqisevərlərin böyük marağına səbəb olub.
DOĞRU.AZ