image-2000x150px
image-123
image-ads_atlas
image-img_20220610_135658_179backend

“Cəbrayıl”ın UEFA Region Kubokunda rəqibi bəllidir

image-728x90px

UEFA Region Kubokunda Azərbaycanı təmsil edəcək “Cəbrayıl”ın rəqibi müəyyənləşib.

Doğru.Az xəbər verir ki, Cavid Hüseynovun baş məşqçisi olduğu komanda yarışın ilkin mərhələsində Belarus “Kolos”u ilə üz-üzə gələcək. Bu komandalar 2-ci qrupda yarışacaqlar. Oyunlar Şamaxı Olimpiya Kompleksində keçiriləcək.

1-ci qrupun matçları isə Bakıda “Ask Arena”da təşkil olunacaq. Həmin qrupda “Basiani” (Gürcüstan), “Kaskelen” (Qazaxıstan) və “Tallina Zapoos” (Estoniya) mübarizə aparacaqlar. Qrup matçları 23-29 iyunda keçiriləcək.

Qrupun iki qalibi arasında keçiriləcək oyundan sonra qalibin növbəti mərhələdə hansı qrupda oynayacağı qətiləşəcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki