image-ads_n1karobka_mobile
image-1693982199_282283_8zu5pvhil8backend

Cəbrayılda tikinti-söküntü tullantılarının təkrar emalına başlanılıb – VİDEO

Cəbrayıl rayonunun Horovlu kəndinin bərpa və yenidənqurulması zamanı yaranan tikinti-söküntü tullantılarının təkrar emalına başlanılıb. Bu məqsədlə rayon ərazisində tikinti-söküntü tullantılarının təkrar emal edən avadanlıqlar quraşdırılıb.

Doğru.az xəbər verir ki, təkrar emal nəticəsində tikintidə istifadə oluna bilən materiallar əldə olunur. Bu materiallardan inşaat zamanı yol yataqlarında, beton işlərində, alt dolğu işlərində səmərəli istifadə ediləcək.

Bu yanaşma tullantıların poliqona aparılmadan emalı üçün imkan yaradır. Həmçinin, təbii ehtiyatların səmərəli istifadəsinə və ətraf mühitə mənfi təsirinin azaldılmasına töhfə verir.

Bundan başqa, təkrar emal vasitəsilə maliyyə vəsaitlərinə qənaət ediləcək.

DOĞRU.AZ

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki