image-2000x150px
image-123
image-ads_atlas
Cəlilabad rayonunda DİN və DSX-i birgə əməliyyat keçirtdi- Saxlanılanlar varbackend

Cəlilabad rayonunda DİN və DSX-i birgə əməliyyat keçirtdi- Saxlanılanlar var

image-728x90px

Doğru.az xəbər verir ki, Cəlilabad rayonunda Bakı şəhər sakinində külli miqdarda narkotik aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat verib.

Qeyd olunub ki, Cəlilabad Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının daxil olan məlumat əsasında birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini V.Həsənzadə idarə etdiyi “Toyota” markalı avtomobildə sərnişini, əvvəllər məhkum olunmuş A.Rüstəmovla birgə Ocaqlı kəndinin ərazisində saxlanılıblar.

Avtomobilə baxış zamanı oradan 6 kiloqram 395 qram heroin və 1 kiloqram 270 qram metamfetamin aşkar edilərək götürülüb.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki