image-2000x150px
image-656cdbc3-8b69-30c1-a3e2-f7d16be5d1f0_850-1backend

Çempionlar Liqası: “Barselona” “İnter”lə, “Napoli” “Ayaks”la qarşılaşacaq

image-728x90px

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində III tura start veriləcək.

“Doğru.az”ın məlumatına görə, ilk oyun günündə A, B, C və D qruplarında ümumilikdə 8 oyun keçiriləcək.

Gecənin ən maraqla gözlənilən matçı İtaliyada baş tutacaq. “İnter” doğma meydanda İspaniya “Barselona”sını qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. C qrupunun lideri “Bavariya” isə Almaniyada Çexiyanın “Viktoriya” (Plzen) komandasını sınağa çəkəcək.

Daha bir vacib görüş A qrupunda olacaq. İlk 2 turdan maksimum nəticə ilə turnir cədvəlinə başçılıq edən İtaliya “Napoli”si Niderlandda “Ayaks”ın qonağı olacaq. Bu qrupun digər matçında isə “Liverpul” İngiltərədə Şotlandiya “Reyncers”i ilə üz-üzə gələcək.

Çempionlar Liqası

Qrup mərhələsi, III tur

4 oktyabr

A qrupu

23:00. “Liverpul” (İngiltərə) – “Reyncers” (Şotlandiya)

23:00. “Ayaks” (Niderland) – “Napoli” (İtaliya)

Xal durumu: “Napoli” – 6. “Liverpul” – 3. “Ayaks” – 3. “Reyncers” – 0.

B qrupu

23:00. “Portu” (Portuqaliya) – “Bayer” (Almaniya)

23:00. “Brügge” (Belçika) – “Atletiko” (Madrid, İspaniya)

Xal durumu: “Brügge” – 6. “Bayer” – 3. “Atletiko” – 3. “Portu” – 0

C qrupu

20:45. “Bavariya” (Almaniya) – “Viktoriya” (Plzen, Çexiya)

23:00. “İnter” (İtaliya) – “Barselona” (İspaniya)

Xal durumu: “Bavariya” – 6. “Barselona” – 3. “İnter” – 3. “Viktoriya” – 0

D qrupu

20:45. “Marsel” (Fransa) – “Sportinq” (Portuqaliya)

23:00. “Ayntraxt” (Frankurt, Almaniya) – “Tottenhem” (İngiltərə)

Xal durumu: “Sportinq” – 6. “Tottenhem” – 3. “Ayntraxt” – 3. “Marsel” – 0

DOĞRU.AZ

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki