image-2000x150px
image-ec66081a-2ddd-31d0-ae38-32b40311decf_850backend

Çempionlar Liqası: Bu gün qrup mərhələsinin bütün iştirakçıları bilinəcək

image-728x90px

Bu gün UEFA Çempionlar Liqasında pley-off görüşlərinə yekun vurulacaq.

İkinci oyun günündə keçiriləcək 3 cavab qarşılaşması ilə qrup mərhələsinin bütün iştirakçıları bəlli olacaq.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi “Dinamo” (Zaqreb) klubu Xorvatiyada Norveçin “Budö Qlimt” komandasını sınağa çəkəcək. Zaqreb təmsilçisi ilk matçda 0:1 hesabı ilə uduzub.

Türkiyənin turnirdəki yeganə təmsilçisi “Trabzonspor” da cavab oyununu evdə keçirəcək. Qara dəniz təmsilçisi Danimarkada 1:2 hesabı ilə məğlub olduğu “Kopenhagen”i qəbul edəcək.

PSV isə Niderlanda Şotlandiya “Reyncers”i ilə münasibətlərinə aydınlıq gətirəcək. Qlazqodakı ilk görüşdə heç-heçə qeydə alınıb – 2:2.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, cavab oyunları

24 avqust

23:00. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Budö Qlimt” (Norveç)

İlk oyun – 0:1

23:00. “Trabzonspor” (Türkiyə) – “Kopenhagen” (Danimarka)

İlk oyun – 1:2

23:00. PSV (Niderland) – “Reyncers” (Şotlandiya)

İlk oyun – 2:2

Qeyd edək ki, hazırda qrup mərhələsinin 32 iştirakçısından 29-u məlumdur.

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki