image-2000x150px
image-656cdbc3-8b69-30c1-a3e2-f7d16be5d1f0_850backend

Çempionlar Liqası: “Çelsi” “Milan”a qarşı, “Dinamo” “Zalsburq”la üz-üzə gələcək – AFİŞA

image-728x90px

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində III tura yekun vurulacaq.

Son oyun günündə E, F, G və H qruplarında səkkiz qarşılaşma baş tutacaq.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu Avstriyada “Zalsburq”un qonağı olacaq. E qrupunun digər matçında isə “Çelsi” İngiltərədə İtaliya “Milan”ını qəbul edəcək.

E qrupunda turnirin son qalibi, İspaniya “Real Madrid”i Polşada Ukraynanın “Şaxtyor” (Donetsk) komandası ilə qarşılaşacaq. Almaniya “Leypziq”i isə evdə Şotlandiya “Seltik”i ilə üz-üzə gələcək.

G qrupunda “Mançester Siti” İngiltərədə Danimarka “Kopenhagen”ini, “Sevilya” isə İspaniyada Almaniyanın “Borussiya” (Dortmund) komandasını sınağa çəkəcək.

H qrupunda “Yuventus” İtaliyada İsrailin “Makkabi” (Hayfa), “Benfika” isə Portuqaliyada Fransanın PSJ klubu ilə münasibətlərinə aydınlıq gətirəcək.

Çempionlar Liqası
Qrup mərhələsi, III tur
5 oktyabr

E qrupu
20:45. “Zalsburq” (Avstriya) – “Dinamo” (Zaqreb, Xorvatiya)
23:00. “Çelsi” (İngiltərə) – “Milan” (İtaliya)
Xal durumu: ”Milan” – 4, “Dinamo” – 3, “Zalsburq” – 2, “Çelsi” – 1

F qrupu
20:45. “Leypziq” (Almaniya) – “Seltik” (Şotlandiya)
23:00. “Real Madrid” (İspaniya) – “Şaxtyor” (Donetsk, Ukrayna)
Xal durumu: ”Real Madrid” – 6, “Şaxtyor” – 4, “Seltik” – 1, “Leypziq” – 0

G qrupu
23:00. “Mançester Siti” (İngiltərə) – “Kopenhagen” (Danimarka)
23:00. “Sevilya” (İspaniya) – “Borussiya” (Dortmund, Almaniya)
Xal durumu: ”Mançester Siti” – 6, “Borussiya” – 3, “Kopenhagen” – 1, “Sevilya” – 1

H qrupu
23:00. “Yuventus” (İtaliya) – “Makkabi” (Hayfa, İsrail)
23:00. “Benfika” (Portuqaliya) – PSJ (Fransa)
Xal durumu: PSJ – 6, “Benfika” – 6, “Yuventus” – 0, “Makkabi” – 0.
Qeyd edək ki, III turun digər səkkiz oyunu ötən gün keçirilib.

DOĞRU.AZ

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki