Doğru.az “Sunday World” nəşrinə istinadən xəbər verir ki, önümüzdəki cümə top 5 liqanın rəsmiləri toplantı təşkil edəcək. Əsas mövzu isə “Avropa Super liqa”sı olacaq. Alınan məlumata əsasən çempionatın 20 klubla və “İsveçrə” sistemi ilə keçirilməsi gözlənilir.
Amma “UEFA” prezidenti Aleksandr Çeferin bu çempionatın ləğvini hamı üçün məqbul sayıb. Məsələyə “FİFA” da qarışıb. Onlar bu çempionatda iştirak edənlərin “Dünya çempionatı”da iştirak edə bilməyəcəyini qeyd edib.


























