image-2000x150px
image-123
image-ads_atlas
image-img_20210826_094400_402backend

Çempionlar Liqasının son 3 qrup iştirakçısı da bəlli oldu

image-728x90px
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin oyunlarına yekun vurulub.

 

Doğru.az-ın məlumatına görə, bununla da qrupa son 3 vəsiqənin sahibi bəlli olub.

Fransadakı ilk oyunda Ukraynanın “Şaxtyor” komandasına 0:1 hesabı ilə uduzan “Monako səfərdə məğlubiyyətin əvəzini çıxsa da, qrupa yüksələ bilməyib. Qarşılaşmanın əlavə vaxtında fərqənən Donetsk təmsilçisi mərhələ adlayıb.

Moldova “Şerif”i Xorvatiyada Zaqreb “Dinamo”sunun qonağl olub. Evdəki oyunda 3:0 hesablı qələbə qazanan Tiraspol təmsilçisi qolsuz heç-heçəyə razılaşıb.

Digər matçda isə “Bröndbü” Danimarkada Avstriya “Zalsburq”a 1:2 hesabı ilə məğlub olub. Meydan sahibləri ilk görüşdə eyni hesabla uduzub.

Beləliklə, “Monako”, “Şerif” və “Zalsburq” Çempionlar Liqasının, “Şaxtyor”, “Dinamo” və “Bröndbü” Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, cavab oyunları

23:00. “Şaxtyor” (Donetsk, Ukrayna) – “Monako” (Fransa) – 2:2

Qollar: Marlos, 74, Ruben Aguilar, 114 (Avtoqol) – Vissam Ben-Yedder, 18. 39

İlk oyun – 1:0

23:00. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Şerif” (Moldova) – 0:0

İlk oyun – 0:3

23:00. “Bröndbü” (Danimarka) – “Zalsburq” (Avstriya) – 1:2

Qollar: Andreas Maxso, 62 – Benjamin Sesko, 4. Brenden Aaronson, 10

İlk oyun – 1:2

Qeyd edək ki, Çempionlar Liqasında qrup mərhələsinin püşkü avqustun 26-da atılacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki