image-2000x150px
image-123
image-ads_atlas
image-17194842985798355570_1200x630backend

Cənub bölgəsində sel suları yol infrastrukturuna ziyan vurub

image-728x90px

İyunun 26-da ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti cənub bölgəsinin avtomobil yollarında fəsadlara səbəb olub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Doğru.az-a verilən məlumata görə, intensiv yağıntılar nəticəsində Lənkəran-Lerik, Masallı-Yardımlı, Cəlilabad-Yardımlı, Vəlixanlı-Alçabulaq, Gölyeri-Ləzir, Porsova, Yardımlı-Bozayran-Bürzünbül-Vərgədüz, Horavar-Əngövül-Vərov-Keçələkəran avtomobil yollarında sel sularının yolları yuması və özü ilə bərabər lil və qaya parçaları gətirərək yolların hərəkət hissəsini doldurması nəticəsində yolların bəzi hissələri yararsız hala düşüb, suötürücü borular sıradan çıxıb. Bununla da yol infrastrukturuna və yol qurğularına ziyan dəyib.

Yollarda hərəkətin təhlükəsizliyi və fasiləsizliyində yaranan problemlərin aradan qaldırılması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnika və canlı qüvvələri səfərbər olunub.

Aparılan işlər çərçivəsində yollardan lil, palçıq və qum-çınqıl təmizlənib, hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub.

Hazırda yollarda təmizləmə işləri davam etdirilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki