Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning bildirib ki, Çin Balticconnector qaz kəmərində fövqəladə vəziyyətin araşdırılmasında Finlandiya ilə əməkdaşlıq edir.
Bu barədə RİA Novosti məlumat yayıb.
“Balticconnector” qaz kəmərinin zədələnməsində Honq-Konq gəmisinin əli olması ehtimalını şərh edən Mao Ninq bildirib ki, gəmi heç bir anomaliya olmadan normal naviqasiya həyata keçirir.
“Çin həmişə transsərhəd infrastrukturun təhlükəsizliyini birgə qorumaq üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsinin tərəfdarı olub. Mövcud məlumatlara görə, hadisə baş verən zaman Çin gəmisi müvafiq akvatoriyada normal naviqasiya həyata keçirirdi”, – diplomat izah edib.
Mənbə: RİA Novosti