2023-cü ilin dekabrında ABŞ tərəfindən anti-Rusiya sanksiyaları sərtləşdirildikdən sonra bir çox Çin bankı Rusiya Federasiyası ilə hər hansı ödənişləri dollarla etməyi dayandırıb.
Bu barədə “İzvestiya” qəzeti ödəniş bazarı iştirakçılarına, o cümlədən Rusiya Biznes Şurasının üzvü, “Birinci Qrup” ASC-nin baş direktoru Aleksey Poroşinə istinadən məlumat yayıb.
Mənbələrdən birinin sözlərinə görə, yeni məhdudiyyətlər Çin banklarının ikinci dərəcəli sanksiyaların mümkün tətbiqi ilə bağlı qorxuları ilə bağlıdır. Məsələ burasındadır ki, dollarla olan bütün ödənişlər, alıcının və göndərənin ölkəsindən asılı olmayaraq, Amerika banklarında açılmış müxbir hesablar vasitəsilə həyata keçirilir, ona görə də onlar asanlıqla izlənilir.
“Ricom-Trust” investisiya şirkətinin analitik şöbəsinin rəhbəri Oleq Abelev də nəşrə təsdiqləyib ki, bir çox Çin bankları ötən ilin dekabrında Rusiya şirkətlərindən dollarla ödənişləri qəbul etməyi dayandırıb.
Mənbə: Gazeta.ru