Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian bildirib ki, Çin BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilməyən qeyri-qanuni birtərəfli sanksiyaların tətbiqini pisləyir.
“Çin həmişə BMT Təhlükəsizlik Şurasının təsdiqini almamış və beynəlxalq hüquq baxımından heç bir əsası olmayan birtərəfli sanksiyaların tətbiqinə qarşı çıxıb”, – TASS onun sözlərindən sitat gətirir.
Bundan əvvəl Britaniya Rusiya banklarına və Çin şirkətlərinə qarşı sanksiyalar tətbiq etmişdi.
DOĞRU.AZ